Baş anderrayter

“PAŞA Sığorta” ASC namizədləri Baş anderrayter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Portfeli qorumaqla uyğun sığorta paketini tətbiq etmək və zərərlilik hesabatlarını tərtib etmək üçün maksimum məlumat toplayaraq riskləri müəyyən etmək;- Riskin səmərəli qiymətləndirilməsi üçün ətraflı məlumatı toplamaq və dəyərləndirmək;- Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;- Riski dəyərləndirmək və riskə əsasən ən uyğun tarif və şərtlər müəyyən etmək;- Aktuari və birbaşa rəhbər ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;- Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;- Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək.
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);- Kompyuter bilikləri: Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə bacarıqların olması;- Dil bilikləri: Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etməsi bacarığı, rus dilinin işlək səviyyədə olması.- Sığorta biznesində, müştərilərlə işləmə bacarığı daxil olmaqla, ən azı 3 ilə qədər iş təcrübə olması.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp