Xəzinədarlıq və MİS üzrə menecer

Vakansİya PASHA Holding Xəzinədarlıq və MİS üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Strateji və əməliyyat xəzinədarlıq fəaliyyətinin aparılması, müvafiq risklərin (məs: likvidlik, faiz, kredit, məzənnə) idarəolunması; Pul vəsaitlərin planlaşdırılması, cəlb olunması, idarəolunması, yerləşdirilməsi və ölkədaxili/ölkəkənarı optimal maliyyə alətlərindən, üsullardan istifadənin təmin olunması; Pul vəsaitləri axınlarına nəzarət olunması, zəmanətlərin verilməsi prosesinin idarəedilməsi və Qrup Xəzinədarlıq Siyasətinə uyğun digər fəaliyyətlərin həyata keçirilməsi; Qrupun fəaliyyətinə dair rəhbərliyə hesabatların, təhlillərin və xülasələrin hazırlanması; Büdcələmə/planlama işlərinin koordinasiyası, törəmə müəssisələrinin büdcələrinin, maliyyə nəticələrinin təhlilinin aparılması və maliyyə modellərinin formalaşmasında iştirak; Hesabatlılıq, təhlil, büdcələmə/planlama, məlumatvermə sistemlərinin, vasitələrinin və bacarıqlarının təkmilləşdirilməsi; Banklar, investisiya şirkətləri, brokerlər, törəmə şirkətlər ilə əlaqələrin qurulması və danışıqların aparılması; Yuxarı rəhbərlik və Qrup üzrə Maliyyə və İT Direktor tərəfindən verilən digər tapşırıqların zamanında icrası;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Maliyyə sahəsində bakalavr dərəcəsi; Əlaqəli sahədə minimum 7 il peşəkar təcrübə; CIMA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür; Azərbaycan, ingilis v rus dillərini mükəmməl bilməli; MS Office proqramlarının, xüsusilə MS Excel və MS Power Point mükəmməl biliyi; MS Excel proqram təminatının mükəmməl biliyi, maliyyə modellərinin tərtibatında expert səviyyəsində malik olmaq; Bankçılıq, sığorta fəaliyyəti və maliyyə alətləri/bazarları, informasiya, planlama və hesabatlılıq sistemlərinin biliyi; Bazar haqqında geniş biliklər; Güclü analitik təhlil etmə və təqdimat qabiliyyəti, yüksək ünsiyyət, danışıqları aparmaq və münasibətləri idarə etmək bacarıqları, komandada işləmə vərdişləri;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Xəzinədarlıq və MİS üzrə menecer” qeyd olunmalıdır; CV-lər 15 noyabr, 2019-cu il tarixinə qədər göndərilməlidir. Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp