Xarici kommunikasiyalar üzrə baş mütəxəssis

VAKANSİYA PAŞA Holding İnnovasiya üzrə proqram rəhbəri vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Qrupun strateji biznes hədəflərinə və genişlənmə prioritetlərinə uyğun olan yüksək effektivli innovativ strategiyanın və planın hazırlanması və həyata keçirilməsi; Startap yarmarkaları, konfranslar və ya dizayn sprintləri (məs. hakatonlar) kimi müxtəlif innovasiya tədbirləri vasitəsilə startaplar, ideyaların sınağı və təcrübələr üçün innovativ bir mühitin yaradılması; Qabaqcıl biznes modellərinin və həllərinin potensial olaraq PAŞA şirkətlər qrupunda həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ideyaları araşdırılması; Dövlət tərəfindən dəstəklənən innovasiya agentlikləri, biznes inkubatorları və akseleratorları daxil olmaqla, xarici tərəflərlə münasibətlərin idarə olunması; İnnovasiyaları sürətləndirə biləcək eyni zamanda yerli və beynəlxalq bazarlarda yaradıcı həllər və texnologiyalara çıxış əldə edə biləcək xarici tərəfdaşları aşkarlanması;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Yüksək rəhbərlik ilə tərəfdaşlıq münasibətlərini idarə etmək üçün mükəmməl şəxslərarası, analitik və liderlik bacarıqları; İnnovasiya və texnologiya sahəsində əhəmiyyətli təcrübə də daxil olmaqla biznes, strategiya və tərəfdaşlıq idarəedilməsi sahəsində 10 ildən çox peşəkar təcrübə; Müxtəlif investorlar, startaplar, sahibkar və inkubator/sürətləndirici mühitində peşəkar əlaqələrin mövcudluğu; İnnovativ biznes modellərinin mühüm cəhətlərinin dərindən anlayışı; Bankçılıq, sığorta, telekommunikasiya, pərakəndə satış, e-biznes və/və ya digər B2C sektorlarında təcrübə və ya biliyin olması üstünlükdür; Sürətləndirici və/və ya inkubator təşkilatların biliyi/təcrübəsi üstünlükdür; İnnovativ mədəniyyətin müəyyənləşdirilməsində və ya yeni gəlir mənbələri vasitəsilə genişlənməyə stimul sahəsində əldə edilmiş müvəffəqiyyət üstünlükdür;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində İnnovasiya üzrə proqram rəhbəri qeyd olunmalıdır; .
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp