Təqdimatların tərtib edilməsi üzrə mütəxəssis

PASHA Holding Təqdimatların tərtib edilməsi üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri: Keyfiyyət standartlarına və dizayn qaydalarına cavab verən daxili və  xarici auditoriya üçün, eləcədə Şirkətin Brand Book na uyğun olan slaydlar və bütövlükdə təqdimatların hazırlanması; Təsvirlərdən istifadə edərək ayrı ayrı slaydların tərtibatı, mətnlərin visualizasiyası, format və texniki quruluşların təkmilləşdirilməsi; Sənədlərin bütünlüklə yenilənməsi: məqsədəuyğun şəkildə, bütün slaydların vahid formatda və dəqiq qrafiklə işlənmiş, təkmilləşdirilmiş vizual təqdimatı (tərtib, mesaj vizualizasiyası); PAŞA Holdingin Kommunikasiyalar üzrə fəaliyyəti çərçivəsində ehtiyac yarandığı halda foto və video fayllarında redaktə edilməsi də daxil olmaqla fərqli dizayn proqramlarında işləmə; Bütün hazırlama prosesi ərzində komandalarla yaxından əməkdaşlıq və birbaşa ünsiyyətin qurulması; Keyfiyyət standartlarının yerinə yetirilməsini təmin etmək üçün hazırlanmış bütün sənədlərin yoxlanılması; Zərurət yarandığı hallarda Şirkət əməkdaşlarına vizualizasiya üzrə məsləhət xidmətlərin göstərilməsi Ehtiyac yarandığı hallarda, komanda üzvlərini təqdimat dizaynı, eyni zamanda PPT və think-cell dən səmərəli istifadə üzrə təlimləndirilməsi; Ofisdaxili təşəbbüslərdə və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə iştirak; Sürətlərin çoxaldılması və cildləmə sorğularınının tamamlanması. Ehtiyac yarandığı hallarda bir sıra peşəkar xidmətlərin təqdim edilməsi (məs., peşəkar cildlmə, posterlərin hazırlanması və redaktə edilməsi);
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar: Bakalavr və ya kollec dərəcəsi; Müvafiq sahə üzrə peşəkar təcrübə; MS Office proqram paketinin, xüsusilə PPT proqramının biliyi; planlaşdırma və dizaynın diqqətlə izlənilməsi; Adobe Illustrator, Photoshop, InDesign kimi dizayn proqramlarının ilkin biliyi; Güclü təşkilatçılıq və şəxsiyyətlərarası ünsiyyət bacarığı; sifarişçilərə xidmətə diqqət; yüksək uyğunlaşma; müstəqil işləmə bacarığı; güclü ünsiyyət və anlama bacarıqları;
Müraciət etmə qaydaları:    Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində Təqdimatların tərtib edilməsi üzrə mütəxəssis qeyd olunmalıdır; CV-lər 12 mart, 2021-ci il tarixinə qədər göndərilməlidir.  
Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp