Təlim və İnkişaf üzrə baş mütəxəssis

Vakansİya PASHA Holding Təlim və İnkişaf üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Təlim planı daxilində təlim ehtiyacları analizinin hazırlanması; İnkişaf proqramlarının yaradılması və həyata keçirilməsinə dəstək; Şirkət daxili və şirkətdən xaric kursların təşkil olunması; Təlim proqresinin monitorinq və təhlili; Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi; Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım; Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak; Təlim təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Bakalavr dərəcəsi; Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur; İR sahəsində kvalifikasiyanın olması üstünlükdür; Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı; Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür; İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı; Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti; Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı; Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı; Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları; Böyük auditoriyalar üçün tədbir və seminarların təşkil etmə bacarığı;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Təlim və İnkişaf üzrə baş mütəxəssis” qeyd olunmalıdır; CV-lər 13 dekabr, 2019-cı il tarixinə qədər göndərilməlidir. Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp