Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis

Vakansİya PAŞA Holdinq Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Bütün Qrup üzrə korporativ və biznes strategiyanın hazırlanması prosesində aktiv iştirak; Qrup strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili; Qrup üzrə, xüsusilə texnoloji startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi; Cari starteji aktivlər ilə sinerjiyə töhfə verəcək və əməliyyat modellərini inkişaf etdirəcək/ optimallaşdıracaq, eyni zamanda mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi; Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi: strategiyanın baxış iclasları, sayı kartları, hesabatlar və s. Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi; Aşkar edilmiş məqamlar barədə tövsiyələrin və təhlillərin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi; Bütün Qrupu əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması; Strategiyanın hazırlanması, əməliyyat modellərinin inkişafı və cari əməliyyatların təkmilləşdirilməsi üçün fikir vermək. Qrupa daxil olan Strateji aktivlər və xarici məsləhətçilər ilə sıx əməkdaşlıq; Daxili müştərilər üçün təlimlərin təşkil edilməsi: strategiyaya nəzarət və qiymətləndirmə biliklərinin daxili müştərilər ilə bölüşməklə proses haqqında anlayışın artırılması; Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Müvafiq texniki startaplarda, strateji inkişaf və planlaşdırma üzrə ən azı 2 il idarəçilik təcrübəsi, VC konsaltinq şirkətində təcrübə üstünlükdür; Texniki startaplar üstünlük olmaqla güclü rəqəmsal, korporativ maliyyə və qiymətləndirmə bacarıqları; Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə; Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı; Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı; Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı; Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti; Güclü kritik düşünmə və biznesə maraq; Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı; Yüksək səviyyədə şəxsi keyfiyyətlər; Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dili biliyi üstünlükdür; MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis” qeyd olunmalıdır;

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp