Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis

Vakansİya PAŞA Holdinq Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Bütün Qrup üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak; Qrup strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili; Qrup üzrə, xüsusilə texnologiya, startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi; Mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi; Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi: strategiyanın baxış iclasları, sayı kartları, hesabatlar və s. Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi; Aşkar edilmiş məqamlar barədə tövsiyələrin və təhlillərin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi; Bütün Qrupu əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması; Strategiyanın hazırlanması, əməliyyat modellərinin inkişafı və cari əməliyyatların təkmilləşdirilməsi üçün fikir vermək. Qrupa daxil olan Strateji aktivlərin Strategiya Komitələrinin işinin əlaqələndirilməsi; Qrupa daxil olan Strateji aktivlər və xarici məsləhətçilər ilə sıx əməkdaşlıq; Daxili müştərilər üçün təlimlərin təşkil edilməsi: strategiyaya nəzarət və qiymətləndirmə biliklərinin daxili müştərilər ilə bölüşməklə proses haqqında anlayışın artırılması; Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Strateji planlaşdırma və idarəetmə sahəsində ən azı 2 il idarəçilik təcrübəsi, VC konsaltinq şirkətində təcrübə üstünlükdür; Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə; Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı; Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı; Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı; Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti; Güclü kritik düşünmə və biznesə maraq; Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı; Yüksək səviyyədə şəxsi keyfiyyətlər; Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dili biliyi üstünlükdür; MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis” qeyd olunmalıdır; CV-lər 16 fevral, 2020-ci il tarixinə qədər göndərilməlidir. Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp