Satınalma üzrə mütəxəssis

VAKANSİYA PASHA Holding Satınalma üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Satınalma üzrə menecerə gündəlik fəaliyyətində dəstək; Təchizatçılar və istehsalçılar ilə bütün əlaqələr üçün tək bir əlaqə nöqtəsi olaraq Qrupun mərkəzləşdirilmiş satınalma tələbləri ilə sıx əməkdaşlıq; İstehsalçılar ilə müvafiq mövzu ilə əlaqədar mütəmadi əlaqələr, eyni zamanda ehtiyac yarandığı halda müqavilə imzalandıqdan sonra idarəetmə tələblərinin həyata keçirilməsi; Qrup üzrə mərkəzləşdirilmiş Təsdiq olunmuş Təchizatçı Siyahısı (TTS) proseslərinin idarə olunması; Satınalma platformasının idarəedilməsi və cari fəaliyyətlər barədə son istifadəçilərin məlumatlandırılması; Maraqlı tərəflərlə sıx koordinasiyada satınalma prosesinin tənzimlənməsi və əvvəldən sona qədər idarəedilməsi. Bütün proseslərin Satınalma siyasəti və prosedurlarına uyğun həyata keçirilməsi; Obyektiv iş meyarlarına və müəyyən edilmiş tələblərə əsasən təchizatçıların seçilməsi; Qiymət, keyfiyyət və xidmət də daxil olmaqla maliyyə və əməliyyat ölçüləri ilə istehlak üçün əsaslı təhlil yolu ilə Satınalma Strategiyalarının təkmilləşdirilməsi barədə tövsiyələrin verilməsi; Təchizatçıların qanuni tələblərə riayət etməsini, eyni zamanda PAŞA Holdinqin qayda və etikaya riayət etmək öhdəliklərinə uyğun davranışının təmin edilməsi. PAŞA Holdinqin əsas dəyərlərinə, missiyasına uyğun təchizatçılarla əlaqələrin qurulması; Qrup üzrə satınalma konsolidasiya proseslərində iştirak və prosesin təkminləşdirməsi (Konsolidasiya imkanların formalaşdırılması üçün Tələbat Planı çərçivəsində); Tələblər: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; CIPS sertifikatının mövcudluğu üstünlükdür; Azərbaycan, Rus və İngilis dillərinin biliyi (həm yazılı həm şifahi); MS Office (MS Excel və MS Power Point), E-Procurement və satınalma üçün ERP proqramlarının biliyi; Strateji satınalma prosesinin mükəmməl anlayışı; Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü danışıqlar bacarıqları Experience in supplier performance management and customer management Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər); Konsolidasiya edilmiş həcmlər üzrə tenderlərin keçirilməsində təcrübə (həcmlərin konsolidasiya imkanlarının müəyyən edilməsi, həcmlərin konsolidasiyası və tamamlama tarixlərinin əlaqəli tərəflərlə razılaşdırılması və həmin tenderlərin keçirilməsi); Məhsul və xidmətlərin, eyni zamanda tədarükçülərin təsnifat prinsiplərinin anlayışı; Təchizatçıların seçimi (ilkin seçim), xidmətin səmərəliliyinin təhlili, təchizatçıların inkişafı təcrübəsi.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində Satınalma üzrə mütəxəssis qeyd olunmalıdır; . Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp