Satınalma üzrə menecer

Vakansİya PAŞA Holdinq Satınalma üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir. Satınalmalar üzrə menecer vəzifəsinə tələblər: Xərclərə qənaət etmək imkanlarını müəyyənləşdirmək, seçmək və tətbiq etməklə xərclərə nəzarət etmək və satınalma xərclərinə uzunmüddətli qənaət etmək mədəniyyətini yaratmaq; Əməliyyatları təkmilləşdirmək və Şirkət üçün daha səmərəli proseslərə nail olmaq məqsədilə satınalma, təchizat, logistika və paylama qayda və təlimatlarının yenidən tərtibatı, həyata keçirilməsi və idarə edilməsi prosesinə töhfə vermək; Ətraflı seçim prosesinə uyğun olaraq Şirkət üçün tədarükçülərin və təchizatçıların araşdırılması və təsdiq edilməsi; Qarşılıqlı faydalı əməkdaşlıq və daha əlverişli tədarükçülər ilə biznes münasibətlərinin yaradılması, inkişafı və idarə edilməsi; Mümkün ola biləcək ən yaxşı qiymət və şərtlərin əldə edilməsi üçün təchizatçılar ilə danışıqların aparılması; Avtomatlaşdırma (ERP və digər) prosesinə dəstək göstərilməsi; Kateqoriyalaşdırma, kateqoriyalı idarəetmə və / və ya strateji mənbələr üzrə bilik və təcrübə.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Satınalma sahəsində ən azı 5 il rəhbərlik təcrübəyə malik olmalı; Satınalma, tədarükçülərin araşdırılması eyni zamanda təchizatçı proqramının qurulması sahəsində təcrübə; Nəticələrə və ölçülərə yönümlü olmalı; Güclü analitik və təşkilatçılıq bacarıqları; Yaxşı liderlik bacarığı, maliyyənin əsasları üzrə bilik və strateji düşünmə qabiliyyəti; Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq; Danışıqların aparılması v ünsiyyət qurma bacarığı; Məsləhət vermə təcrübəsi; Azərbaycan , rus və ingilis dillərinin biliyi; MS Office proqramlarının (MS Excel və MS Power Point), Procurement ERP və Market place proqramlarının yüksək bilik səviyyəsi; CIPS sertifikatının mövcudluğu üstünlükdür.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Satınalma üzrə menecer” qeyd olunmalıdır; Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp