Satınalma üzrə menecer

Vakansİya PASHA Holding Satınalmalar üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir. Satınalmalar üzrə menecer vəzifəsinə tələblər: Qrup üzrə satınalma prosesinin ən yaxşı təcrübəsini, təşəbbüslərini, sinerji və konsolidasiya imkanlarının koordinasiyası; Qrup üzrə satınalma siyasətlərinin, prosedur və təlimatlarının hazırlanması, tətbiqi, yenilənməsi və bütün qrup daxilində uzlaşdırılması; Hazırki satınalma siyasətlərinin, prosedur və proqramlarının Şirkətin dəyər və effektivliyinin artırılması baxımından idarə edilməsi; Şirkətə dəyər v effektivlik qatacaq mərkəzi satınalma proqramının hazırlanması; Təchizatçıların öncədən dəyərləndirilməsi prosedurlarının tətbiqi və mərkəzləşdirilmiş tədarükçü siyahısının yenilənməsi və idarə edilməsi; Qrup üzrə satınalma tələbinin formalaşdırılması və toplanmasını asanlaşdırmaq, eyni zamanda ehtiyacların standartlaşdırılmasının təşəbbüsü; Qrup üzrə satınalmalara davamlı olaraq nəzarət, təchizatçıların axtarış strategiyasının tətbiqi, satınalma tərəfdaşlığının təşəbbüsü və qiymətlərin optimizasiyası imkanlarının müəyyən edilməsi; Bazarın/təchizatçıların və mövcud mənbələrdən müxtəlif məlumatın mütəmadi şəkildə nəzərdən keçirilməsi, bazar şərtləri, qiymətlər və yeni təchizatçılar haqqında məlumat vermək; Güzəştli şərtləri təmin etmək məqsədilə danışıqların aparılması, sərfəli təchizat və optimal dəyəri qorumaq, ümumi satınalma xərclərini qiymətləndirmək eyni zamanda satıcılar, təchizatçılar, podratçılar, törəmə şirkətlər və s. İlə əlaqələri genişləndirmək. Satınalma qrupları üçün satınalma ilə əlaqədar təlim proqramları hazırlayıb həyata keçirilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Satınalmalar sahəsində ən azı 5 il rəhbərlik olmaqla ümumilikdə 10 il iş təcrübəsi; Satınalma, tədarükçülərin araşdırılması eyni zamanda təchizatçı proqramının qurulması sahəsində təcrübə; Nəticələrə və ölçülərə yönümlü olmalı; Güclü analitik və təşkilatçılıq bacarıqları; Yaxşı liderlik bacarığı, maliyyənin əsasları üzrə bilik və strateji düşünmə qabiliyyəti; Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq; Danışıqların aparılması v ünsiyyət qurma bacarığı; Məsləhət vermə təcrübəsi; Azərbaycan , rus və ingilis dillərinin biliyi; MS Office proqramlarının (MS Excel və MS Power Point), Procurement ERP və Market place proqramlarının yüksək bilik səviyyəsi; CIPS sertifikatının mövcudluğu üstünlükdür;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Satınalmalar üzrə menecer” qeyd olunmalıdır; CV-lər 23 dekabr, 2019-ci il tarixinə qədər göndərilməlidir. Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp