PAŞA Həyat Sığorta şirkətində Aktuar-auditor

Vakansİya PAŞA Holdinq PAŞA Həyat Sığorta şirkətində Aktuar-auditor vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək və daxili audit yoxlamalarını aparmaq; Audit yoxlamaları nəticəsində şirkətin siyasəti, prosedurların, standartların və digər normativ sənədlərin tətbiq edilməsinə və uyğunluğuna dair rəy bildirmək; Audit planına uyğun olaraq aktuar fəaliyyəti ilə bağlı səhələrin yoxlanılması və adekvatlığı barədə rəy verilməsi: – Ehtiyatların formalaşdırılması üçün tətbiq edilən metodoloji yanaşmaların yerli qanunvericilik və MHBS tələbləri üzrə uyğunluğu və adevkatlığı, – Tariflərin formalaşdırılması və tətbiqi prosesinin uyğunluğu və adevkatlığı, – Təkrarsığorta üzrə şəxsi tutum formalaşdırılması və tətbiqi prosesinin uyğunluğu və adevkatlığı, – Kapital tələbləri ilə bağlı qanunvericiliyin və daxili qaydaların tələblərinin gözlənilməsi, – Şirkətədə formalaşdırılmış müxtəlif mürəkkəb modellərin uyğunluğu və düzgün tətbiqi və s. Şirkətin daxili nəzarət mühitini qiymətləndirmək və risklərin idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək; Daxili audit yoxlamaları zamanı saxtakarlığın və risklərinin qiymətləndirilməsini aparmaq; Audit yoxlamasının nəticələrinə dair audit hesabatı tərtib etmək və Daxili Audit Xidmətinin rəhbərinə təqdim etmək; DAX-ın aylıq, rüblük və illik hesabatlarının hazırlanmasında iştirak etmək; Bütün növ iş sənədlərinin daxili audit metodologiyasına uyğun tərtib edilməsini və qorunub saxlanılmasını təmin etmək; Müstəqil (kənar) auditlə birgə icra edilən layihələrə dəstək olmaq. Sonrakı audit yoxlamalarında iştirak etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Maliyyə/Audit/Tətbiqi riyaziyyat/Kibernetika sahəsində bakalavr dərəcəsi; Aktuar fəaliyyəti üzrə 2-5 il peşəkar iş təcrübəsi; SOA üzrə P və ya FM imtahanlarını keçənlərə üstünlük veriləcəkdir; Aktuar şəhadətnaməsi olan namizədlərə üstünlük veriləcəkdir; Azərbaycan dilində mükəmməl şihafi və yazılı ünsiyyət qurma bacarığı, ingilis və rus dillərini yaxşı bilməli; MS Office proqramlarının mükəmməl biliyi; VBA və digər data analitika proqramları (R, Python, Power BI və s.) üzrə bilikləri olan namizədlərə üstünlük veriləcəkdir; Sığorta sahəsi üzrə qanunvericiliyi və əlaqəli normativ sənədlər barədə biliklər; Riyazi və analitik biliklər; Gərgin iş mühitində işləmək bacarığı; Ünsiyyət qurma bacarığı.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “PAŞA Həyat Sığorta şirkətində Aktuar-auditor” qeyd olunmalıdır; Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp