Maliyyə hesabatları üzrə baş mütəxəssis

Vakansİya PASHA Holding Qrup üzrə Maliyyə departamenti daxilində Maliyyə hesabatları üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Yarımillik və illik konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması; Kənar auditorlar, Qrup Şirkətləri, onların maliyyə komandaları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasıyanın təmin olunması; Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması; Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi; Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi; Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi; Hesabatlılıqların və təhlillərin təkmilləşdirilməsi (avtomatlaşdırma, sadələşdirmə, dərinləşmə və s.) Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi Maliyyə hesabatı sahəsində 4 il peşəkar təcrübə; Güclü analitik bacarıqları; Güclü ünsiyyət və təqdimat bacarıqları; İngilis, Azərbaycan mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür; MS Office proqramların mükəmməl bilik səviyyəsi. ACCA, CİMA, CPA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Maliyyə hesabatları üzrə baş mütəxəssis” qeyd olunmalıdır; Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp