Maliyyə Analitiki

PAŞA Holdinq Qrup üzrə Maliyyə və İT departamentində Maliyyə Analitiki vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
  Vakansiyanın təsviri: Törəmə müəssisələrin maliyyə və qeyri maliyyə məlumatlarının, eyni zamanda müqayisəli təhlili; Rəhbərliyə təqdim olunan aylıq alətlər paneli/hesabatlar/təhlillərin (BI alətində yaradılmış) saxlanılması və davamlı olaraq yenilənməsi; Günlük/Həftəlik hesabatlaın hazırlanması; Mövcud MİS (Məlumatların İdarəedilməsi Sistemi) infrastrukturu və məlumatların toplanması axınlarına dəstək, onların saxlanılması və inkişaf etdirilməsi; Qrup daxilində müasir strateji maliyyə modelləri və müvafiq strukturun idarəedilməsi və yenilənməsi; MİS infrastrukturu daxilində icra olunacaq nümunələrin qəbulu və əlavələrlə dəstək; Qrup Hesabat Çərçivəsinin, Standartlar, Tələblər və aidiyyatı işlərin uyğunlaşdırılması prosesinin gücləndirməsi üçün davam edən icmal və fəaliyyətlərə yardım; Müxtəlif analitik ehtiyaclara dair qrup funksiyaları, şöbələr ilə əlaqələrin yaradılması, birgə iclaslar/statistik təhlillərin keçirməsi; Qrup funksiyaları və Rəhbərliyinə əlavə dəstək; Tələb olunan təcrübə, səriştə və bacarıqlar: Maliyyə və/və ya əlaqədar sahələrdə bakalavr dərəcəsi; Sahəyə dair 4 il iş təcrübəsi, Qrup daxilində olması üstünlük təşkil edir; Yüksək səviyyədə Excel, PowerPoint proqram təminatı biliyi, BI alətləri ilə işləmə bacarığına üstünlük verilir; Azərbaycan, ingilis və rus dillərinin biliyi; Bankçılıq və Sığorta bazarılarının biliyi (hər ikisi üstünlük təşkil edir); ACCA, CIMA, CPA, CFA və digər maliyyə ilə əlaqəli sertifikatların olması üstünlükdür; Güclü analitik yanaşma tərzi və yaradıcılıq qabiliyyəti, ifadə və ünsiyyət bacarıqları, qısa təyin olunan son tarixlərə görə işləmə, komandada işləmə bacarıqları.                                   
Müraciət etmə qaydaları: Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində Maliyyə Analitiki qeyd olunmalıdır; CV-lər 14 iyun, 2021-ci il tarixinə qədər göndərilməlidir. Diqqət: Namizədlər ilkin CV baxışından keçiriləcək. Yalnız CV-sinin qəbul edildiyi namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə yaradılaraq müsahibəyə dəvət olunacaq.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp