Korporativ katib – assistent

VAKANSİYA PASHA Holding Korporativ katib – assistent vakansiyasını doldurmaq üçün namizədləri dəvət edir.
İşin təsviri:
File Server-də Qrup miqyaslı sənədlər reyestrinin aparılmasına yardım; PAŞA Holdinqin əsas tənzimedici sənədlərinin (nizamnamələr, siyasətlər, prosedurlar və s.) Daxili Qaydalar Bazasında qeydiyyata alınmasına və işçilər arasında yayılmasında dəstək; İntranet vasitəsilə sənədləşməyə dəstək (daxili tənzimləmə sənədləri); İdarə Heyəti və Komitələrin funksiyalarını və fəaliyyətlərini tənzimləyən hüquqi sənədlərin idarə olunmasında Qrup üzrə Hüquq departamenti ilə əlaqəli şəkildə çalışaraq dəstəyin göstərilməsi; Strateji aktivlərdə (Müşahidə Şurasının iclasları) konsolidasiya, təhlil və korporativ iclaslara dair dövri hesabatların hazırlanmasında (mövzulara, iştiraka və s. əsasən) dəstək; Mərkəzi arxivdə, eyni zamanda intranetdə Müşahidə Şurasının və onun Komitələrinin korporativ sənədlərinin və qeydlərinin sənədləşdirmə sisteminin təşkili və idarə olunmasına kömək; Qrup üzrə Müşahidə Şurası və Komitə üzvlərinin tərkib siyahılarının hazırlanmasında, yenilənməsində və idarə olunmasında dəstək; Qrup üzrə Hüquq departamenti və Əsas maraqlı tərəflər ilə koordinasiya edilmiş Komitələrin funksiyalarının və fəaliyyətlərinin tənzimləyən hüquqi sənədlərin idarə olunmasında dəstək; Komitə iclaslarının təminatı v keçirilməsində yardım, Korporativ Mərkəzin bütün komitə iclaslarında (Büdcə Komitəsi, İcraiyyə Komitəsi) iştirak və protokolların hazırlanması; Korporativ Mərkəzin (Komitə iclasları) sənədlər sisteminin, iclas cədvəllərinin, korporativ arxivlərin idarə edilməsi və koordinasiyasında yardım; İcraiyyə Komitəsinin müvafiq tərəflər ilə görüşlərindən yaranan fəaliyyətlərin statuslarının effektiv izləniləməsində dəstək və Fəaliyyət günlüklərinin yeniləməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Hüquq sahəsi üzrə bakalavr dərəcəsi; Uyğun sahə üzrə 6 aya qədər peşəkar təcrübəsi; Azərbaycan, İngilis, Türk və Rus dillərinin biyiyi üstünlükdür; Microsoft Office proqramlarının yüksık səviyyədə biliyi; Detallara yönümlü, güclü kommunikasiya və şəxsiyyətlərarası ünsiyyət, təşkilati və məxfi məlumatlala səmərəli işləmə bacarığı;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində Korporativ katib – assistent qeyd olunmalıdır; . Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp