Korporativ Əlaqələr üzrə köməkçi

PASHA Holding Korporativ Əlaqələr üzrə köməkçi vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
 
İşin təsviri: Daxili və xarici auditoriya üçün keyfiyyət standartlarına və dizayn qaydalarına cavab verən fərqli, eləcədə Şirkətin Brand Book na uyğun olan slaydlar və bütövlükdə təqdimatların hazırlanması; Təsvirlərdən istifadə edərək ayrı ayrı slaydların tərtibatı, mətnlərin visualizasiyası, format və texniki quruluşların təkmilləşdirilməsi; Sənədlərin bütünlüklə yenilənməsi: məqsədəuyğun şəkildə, bütün slaydların vahid formatda və dəqiq qrafiklə işlənmiş, təkmilləşdirilmiş vizual təqdimatı (tərtib, mesaj vizualizasiyası); Bütün hazırlanma prosesi ərzində fərqli funksional qruplarla birbaşa əlaqələrin qurulması və birgə  əməkdaşlıq; Keyfiyyət standartlarının təmin edilməsi məqsədilə sənədlərin yoxlanılması; Daxili kommunikasiya kanallarının idarəedilməsində dəstək; Korporativ görüşlərin və tədbirlərin koordinasiyasında dəstək, iclasların planlaşdırılması və iclaslarla bağlı məlumatların təşkili, qeyd edilməsi, tələb oluna keyfiyyətinin qiymətləndirilməsi; İnternet səhifəsi və digər xarici kommunikasiya kanallarında məlumatların yenilənməsi; Ehtiyac yarandığı halda PAŞA Holdinqin kommunikasiyalar fəaliyyətinin tərkib hissəsi olaraq foto və video fayllarının redaktə edilməsi də daxil olmaqla fərqli dizayn proqramlarında işləmə; Zərurət yarandığı hallarda Şirkət əməkdaşlarına vizualizasiya üzrə məsləhət xidmətlərinin göstərilməsi; Ehtiyac yarandığı hallarda, komanda üzvlərini təqdimat dizaynı, eyni zamanda PPT və think-cell və bu kimi digər vasiələrdən səmərəli istifadə üzrə təlimləndirilməsi; Ofisdaxili təşəbbüslərdə və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə iştirak; Sürətlərin çoxaldılması və cildləmə sorğularınının tamamlanması. Ehtiyac yarandığı hallarda bir sıra peşəkar xidmətlərin təqdim edilməsi (məs., peşəkar cildlmə, posterlərin hazırlanması və redaktə edilməsi);  
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar: Bakalavr dərəcəsi; Müvafiq sahə üzrə ilkin peşəkar təcrübə; MS Office proqram paketinin, xüsusilə  Power Point proqramının yüksək səviyyədə biliyi; planlaşdırma və dizaynın diqqətlə izlənilməsi; Adobe Illustrator, Photoshop, InDesign kimi dizayn proqramlarının ilkin biliyi; Onlayn ünsiyyət və qiymətləndirmə vasitələrinin biliyi və təcrübə – Zoom, Microsoft Teams; SurveyMonkey, Mentimetr və s. + Adobe video tənzimləmə vasitələri Güclü təşkilatçılıq və şəxsiyyətlərarası ünsiyyət bacarığı; sifarişçilərə xidmətə diqqət; yüksək uyğunlaşma və təyin olunmuş son tarixlərin qarşılanması; müstəqil işləmə bacarığı; güclü ünsiyyət və anlama bacarıqları; Azərbaycan və ingilis dillərində mükəmməl yazı bacarığı;  
Müraciət etmə qaydaları:      Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində Qrafik dizayn üzrə mütəxəssis qeyd olunmalıdır; CV-lər 26 may, 2021-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp