Kommunikasiya üzrə baş mütəxəssis

Vakansİya PAŞA Holdinq “Kommunikasiya üzrə baş mütəxəssis” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
Şirkətin daxili və xarici kommunikasiya strategiyasının hazırlanması və tətbiq edilməsinə rəhbərlik; PAŞA Holdinq strategiyasının, missiyasının, baxış və dəyərlərin bütün qrup daxilində effektiv əlaqəsini təmin etmək, korporativ mədəniyyətin və təşkilati sağlamlığın möhkəmlənməsinə töhfə vermək; Korporativ mərkəz ilə Qrupun strateji aktivləri arasında kommunikasiya siyasəti və yanaşmanın qarşılıqlı əlaqələndirilməsi və tənzimlənməsi; Siyasətlər, press-relizlər, təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Şirkət daxilində kommunikasiya materiallarının hazırlanmasında dəstəyin göstərilməsi; Qrup daxilində ünsiyyət keyfiyyətinin artırılması məqsədi ilə mütəmadi təlimlərin keçirilməsi; KİV-lərin və ictimai məlumatların sorğularına cavab vermək və ya müvafiq nümayəndələrə yönləndirilməsi; media yayımlamaların təsirinin təhlili; media məsələlərini idarə edilməsində dəstək; Vebsayt kontentinin və İntranet səhifəsinin idarə edilməsi; Əsas media qurumları ilə əlaqələrin yaradılması; Ehtiyac yarandığı halda mətbuat konfranslarının, müsahibə və brifinqlərin təşkil edilməsində yardım göstərilməsi; Media siyahılarının yaradılması və idarə edilməsi Şəkillər, video və digər məzmunlar da daxil olmaqla bütün PR və kommunikasiya aktivlərinin təşkil edilməsi və idarə olunması; Daxil olan mətbuat sorğularının və məlumat tələblərinin cavablandırılması; Korporativ təqdimatların hazırlanması; İllik hesabatların hazırlanması; Pres-relizlər, kommunikasiya planları, məlumat mübadiləsi üçün sənədlər, nitqlər, sual-cavab sənədləri və s. də daxil olmaqla mətbuat materialları üçün müvafiq məzmunların yaradılması; Nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması və Şirkətin səlahiyyətli nümayəndələri ilə müsahibələrin təşkil edilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Mükəmməl yazı, redaktə və korreksiya etmə bacarıqları vacibdir; Nəzərdə tutulmuş media kanalları üçün müvafiq məzmunların vaxtlı vaxtında yaradılması və idarə edilməsi təcrübəsi; Jurnalistika, kommunikasiya və ya yaxın sahədə bakalavr diplomunun olması üstünlükdür Mətbuat, kommunikasiyalar və ya ictimai əlaqələr sahəsində müvafiq təcrübə; İctimai tədbirlərin planlaşdırılması, əlaqələndirilməsi və icrası bacarığı; Güclü ünsiyyət və kommunikasiya bacarığı; Mükəmməl təşkilati, layihə və vaxtın idarəedilməsi və planlama bacarıqları; Mükəmməl azərbaycan və ingilis dillərində ünsiyyət qurma bacarığı (rus dili biliyi üstünlükdür); MS Office (Excel, PowerPoint, Word), Adobe Photoshop və ya CorelDraw proqramlarında sürətli işlmə bacarığı;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Kommunikasiya üzrə baş mütəxəssis” qeyd olunmalıdır; CV-lər 16 fevral, 2020-ci il tarixinə qədər göndərilməlidir. Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp