Kiçik analitik

Vakansİya PAŞA Holdinq Makroiqtisadi Araşdırmalar departamentində Kiçik analitik vakansiyasını doldurmaq üçün uyğun namizədləri dəvət edir. Analitik vəzifəsinə tələblər: Təhlil üçün zəruri olan statistik bazanın mütəmadi yenilənməsi; Yenilənən məlumat bazasındakı dataların ilkin emalı, statistik və iqtisadi təhlillərin aparılması; Cari işdə tətbiqi nəzərdə tutulan bir sıra indekslər üzərində data scientistlər ilə yaxından işləmək və müvafiq indekslərin mütəmadi yenilənməsini təmin etmək; Qurulmuş modellərin yenilənməsi, dəyişənlər arasındakı asılılıqların izlənilməsi və bu əsasda müvafiq dəyişiklik təkliflərinin formalaşdırılması; Cari iş ilə əlaqədar olaraq müvafiq dünya təcrübəsinin öyrənilməsi və hesabat formasında ümumiləşmələrin aparılması.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Uyğun sahədə bakalavr dərəcəsi, magistr təhsili üstünlükdür; Modelləşmə ilə əlaqədar baza bilikləri, E-views, R Studio, Stata və s. kimi proqramlarda işləmə bacarığı; Müvafiq sahədə 1 il iş təcrübəsi; MS Office proqramlarının mükəmməl biliyi; Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dili üstünlükdür.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV ünvanına göndərilməlidir; Mövzu sətrində “Kiçik analitik” qeyd olunmalıdır; CV-lər 24 yanvar 2020-ci il tarixinə qədər göndərilməlidir. Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp