Baş Auditor

Vakansİya PAŞA Holdinq Strateji Aktivlərində (bank və sığorta şirkətlərində) Baş Auditor vakansiyasına təcrübəli namizədləri işə dəvət edir.
İşin təsviri:
Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirmək Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək; Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək; Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək; Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək; Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək; Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq; Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək; Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək; İştirak etdiyi audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək; Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə); Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında; CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək; Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması; Bankçılıq və ya Sığorta sahələrini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması arzuolunandır; Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı. Ezamiyyələrdə iştirak etmək imkanı. Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV jobsaudit@pasha-holding.az ünvanına göndərilməlidir; Mövzu sətrində “Baş Auditor” qeyd olunmalıdır; Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Pasha Holding

Əlaqə İnformasiya:
recruitment@pasha-holding.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp