Məhsul meneceri (elektronika və məişət avadanlıqları üzrə)

TƏLƏBLƏR:
Təhsil: Ali və ya orta ixtisas;Azərbaycan və ingilis dillərində səlis bilməli; Rus dilini bilmək üstülükdür;Satış təcrübəsi olmalıdır; (Elektronika və məişət avadanlıqları sahəsində təcrübənin olması üstünlükdür.);Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;Güclü analitika qabiliyyəti;Məhsulları təqdim etmək bacarığına malik olmaq.
İŞ ŞƏRAİTİ:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;Həftədə 5 iş günü, 2 gün istirahət;Karyera yüksəlişi imkanı;Ödənişsiz təlimlər.
VƏZİFƏLƏR:
Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək indiki və gələcək məhsul özəlliklərini müəyyən etmək, yeni məhsul ideyalarını və ya məhsul çeşidlərini ortaya çıxarmaq;Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;Rəhbərlik etdiyi kateqoriyanın satış strategiyasını rəhbərliklə bir yerdə müəyyənləşdirmək;Rəhbərlik etdiyi məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yükləmək və təqib etmək;Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək; sual və sorğulara vaxtında cavab vermək;Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;Rəhbərlik tərəfindən qoyulan, aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsi üçün səylə çalışmaq;Satış və stok vəziyyəti, bazar satış tenedesiyası və s. Məqamları nəzərə alaraq məhsul sifarişi hazırlayıb rəhbərliyə təsdiq etdirmək;Mağazaları analiz edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.

Optimal Elektronika

Əlaqə İnformasiya:
suleyman.shaheldiyev@optimal.az, hr@optimal.az, recruitment@optimal.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp