Baş mühasib

Tələblər:
Pərakəndə satış sektorunda Mühasib olaraq ən az 3 il iş təcrübəsi İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək. (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək. ACCA, CİMA, və s.) Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır.) MS Office, 1C 8.2, 8.3, ERP Təşəbbüskar, analitik və obyektiv olmaq Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli
İş şəraiti:
Həftədə 6 iş günü, 1 gün istirahət. Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir. Korporativ nömrə, danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.
Vəzifələr:
Mühasibatlıq uçotunda müəssisədaxili əməliyyatların 1C proqraminda qeydi və hesabda əks olunmasını təmin etmək Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Monitorinq üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.

Optimal Elektronika

Əlaqə İnformasiya:
suleyman.shaheldiyev@optimal.az, hr@optimal.az, recruitment@optimal.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp