Mühasibat uçotu və hesabatı departamentinin mühasibi

Mövcud vakansiya ilə bağlı müraciətlərinizi müvəqqəti olaraq HR@oilfund.az mail ünvanına göndərməyiniz xahiş olunur.CV-niz yalnız mövcud olan vakansiyanın bütün tələblərinə uyğun görüldüyü halda sizinlə əlaqə saxlanılacaqdır.Vəzifə üzrə əmək funksiyaları:Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və vergi qanunvericiliyi əsasında Fondun fəaliyyətinin uçotunun həyata keçirilməsi;Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və vergi qanunvericiliyinin dəyişikliklərinin izlənilməsi və onların Fondun maliyyə hesabatlarının tərtibi zamanı nəzərə alınması;Maliyyə hesabatlarının hazırlanmasında yaxından iştirak edilməsi;Fondun maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi;Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılması üçün sənədləşdirmənin aparılması və idarə edilməsi, dövlət büdcəsinə vergi və rüsumların köçürülməsi və s. kimi işlərin aparılması;Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi;Fondun investisiya siyasəti ilə bağlı aparılan əməliyyatların uçota alınması, törəmə şirkətlərdə audit və büdcə işlərinin təşkili.Təhsil/İxtisaslaşma/TəlimlərMühasibat, maliyyə və ya iqtisadiyyat sahələri üzrə ali təhsil;ACCA üzvü / tələbələrinə üstünlük verilir. Dil bilikləriAzərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır.TəcrübəMühasibatlıq sahəsi üzrə 3+ il iş təcrübəsi tələb olunur.Müraciət üçün son tarix: 28 noyabr 2020-ci il

ARDNF

Əlaqə İnformasiya:
Azərbaycan Respublikası Dövlət Neft Fondu, +994 12 498 77 53, hr@oilfund.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp