İnformasiya təhlükəsizliyi üzrə insident menecer

Mövcud vakansiyalar ilə bağlı müraciətlərinizi müvəqqəti olaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.CV-niz yalnız mövcud olan vakansiyanın bütün tələblərinə uyğun görüldüyü halda sizinlə əlaqə saxlanılacaqdır.Vəzifə üzrə əmək funksiyaları: Mühafizə hədəflərinin təhlükəsizlik tələblərinə uyğun mütəmadi monitorinqi; İnformasiya təhlükəsizliyi üzrə monitorinq mənbələri ( event logfiles , CMDB , Help/ServisDesk və s. jurnallar) tam, yararlı və mühafizəli olmasının monitorinqi və qiymətləndirilməsi; İnformasiyanın mühafizəsi hədəfi olan aktivlərdə, bu aktivlər mütəmadi aparılan yeniləmələrin təhlükəsizlik tələbləri üzrə test sınaqıarının təmin edilməsi; Risklər reyestrində nəzərə alınan insidentlərə kontr-cavab sxemlərinin (monitorinq-aşkaretmə; xəbərvermə; bloklama; izləmə; ehtiyat varianta kecmə; qiymətləndirmə; sübut toplama-kibertəhqiqat; bərpaetmə; antikrizis ) müəyyən edilməsi, aktuallıq üçün davamlı təkmilləşdirilməsi; İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qruplarının (İTİCQ, İSİRT, Information Security Incident Response Team ) formalaşdırılması (informasiyanın mühafizəsi hədəfi olan aktivlərin kateqoriyalarına müvafiq tərkiblərdə) və fəaliyyətinin praktiki təşkili; İnsidentləri və təhdid cəhdlərini, yeni/naməlum olan təhdid sxemlərini aşkaretmə, bunun üçün təhlükəsizlik skanları və nüfuzetmə testləri; Fəsadların ölçülməsi; İnsidentə aid olan daxili İTİCQ-in seçilməsi, onun fəaliyyətinin menecmenti, İTİCQ vasitəsi ilə insidentlərə cavab verilməsi, bunun üçün müvafiq sxemlərin tətbiqi, tərəfdaş İTİCQ-ə (və ya CERT-ə) dəstək üçün müraciət edilməsi; İnformasiya təhlükəsizliyi hadisələrinin statistikası və təhlil, insidentlərə aid tendensiyaların müəyyən edilməsi və proqnozlar; Risklər reyestrinə qalıq risklər barədə təkliflərin verilməsi Biliklər bazası (ibrət dərsləri) və marifləndirmə üçün bildiriş və tövsiyələrin hazırlanması.Vəzifənin təsnifatıYarım ştatTəhsil/İxtisaslaşma/Təlimlərİnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya proqramlaşdırma üzrə ali təhsil.Dil bilikləriAzərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur.TəcrübəBu sahə üzrə 1 il iş təcrübəsinin olması arzuolunandır.Müraciət üçün son tarix: 25 dekabr 2020-ci il

ARDNF

Əlaqə İnformasiya:
Azərbaycan Respublikası Dövlət Neft Fondu, +994 12 498 77 53, hr@oilfund.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp