Biznes proqram təminatlarının inzibatçılığı şöbəsinin müdiri

Vəzifə üzrə əmək funksiyaları:Komandaya rəhbərlik etməklə yanaşı, üzvlər arasında tapşırıq və hədəflər bölgüsünü həyata keçirmək;Təşkilatın digər komandaları ilə iş birliyi və əməkdaşlıq edərək rəhbərlik, xarici vendorlar və məsləhətçilərlə sıx işləmək;Mühüm biznes tətbiqetmələri (SWIFT, Müəssisə Resurs Planlaşdırması, İnvestisiya idarəetmə sistemi və s. daxil olmaqla), Oracle və SQL verilənlər bazalarının işlənməsi, sazlanması, problemlərinin həll edilməsi, habelə təkmilləşdirmə, inteqrasiya və inkişaf prosedurları və digər əlaqəli məsələləri idarə etmək;Ən son biznes və əlaqəli tətbiqetmə ilə bağlı qabaqcıl təcrübələrdən xəbərdar olmaq;Maliyyə büdcələrini idarə etmək və xərc effektivliyini təmin etməklə rəhbərliyə biznes həlli layihələri üzrə təkliflər vermək;Daxili maraqlı tərəflər və təminatçılar ilə yaxından işləyərək yeniləmə və inteqrasiya ilə bağlı layihələri idarə etmək;Biznes ehtiyacları üçün həllər hazırlamaq məqsədilə, təşkilatdakı əsas departamentlərlə əməkdaşlıq edərək biznes ehtiyaclarını təhlil etmək;Biznesin uğurunu təmin etmək məqsədilə mövcud və gələcək iş hədəflərini, davam edən İT üzrə problemli məsələləri başa düşmək;İT infrastrukturu üzrə strategiyaya, arxitekturaya və proseslərə dəstək olmaq.Təhsil/İxtisaslaşma/TəlimlərKompüter elmləri, Kompüter mühəndisliyi, Proqramlaşdırma, İnformasiya texnologiyaları sistemləri, Elektronika, Telekommunikasiya və ya əlaqədar sahələrdə ali təhsil.Sertifikatlar: Oracle, MS SQL, SWIFT və s.Dil bilikləriAzərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dili bilikləri arzuolunandır.TəcrübəRəhbər vəzifədə 2 il iş təcrübəsi

ARDNF

Əlaqə İnformasiya:
Azərbaycan Respublikası Dövlət Neft Fondu, +994 12 498 77 53, hr@oilfund.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp