Qrafik dizayner

Vakansiya haqqında:
İdarə : B2C Kommersiya. Şöbə: Marketinq Ünsiyyət Vasitələri. İş qrafiki: Standart. İş müddəti: Daimi. İş yeri: Port Baku Cənub Qülləsi
Sizin əsas vəzifə öhdəlikləriniz:
Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri uyğunlaşdırmaq və tətbiq etmək Brendin vizual tətbiq prinsiplərindən məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək Layihələri təyin olunmuş vaxt çərçivəsində həyata keçirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
Ali Təhsil Dizayn və reklam sahəsində 3-5 il iş təcrübəsi (telekommunikasiya sahəsində və reklam agentliyində iş təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Komanda işi və əməkdaşlıq Son trendlərin izlənilməsi Dəqiqlilik Kreativlik Detallara yönümlülük Müştəri yönümlülük Nəticə yönümlülük Davamlı təkmilləşmə Stresə davamlılıq Azərbaycan dilini səlis bilmək (Rus və İnglisi dili biliyi üstünlük hesab olunur) Adobe Creative Cloud biliyi (Photoshop, Illustrator etc.)
Müraciət etmək üçün:CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.Mövzu hissəsində ‘’Qrafik Dizayner’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Azerfon NAR

Əlaqə İnformasiya:
hr@azerfon.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp