Diler kanallarına dəstək və inkişafı üzrə menecer

Vakansiya haqqında:
İdarə : B2C Kommersiya. Şöbə: Satış Kanallarının Strategiyası və Xidmətləri. İş qrafiki: Standart. İş müddəti: Daimi. İş yeri: Port Baku Cənub Qülləsi
Sizin əsas vəzifə öhdəlikləriniz:
Müvafiq şöbələrdən daxil olan şikayətləri araşdırmaq, təhlil etmək, Pərakəndə Satış Şöbəsinə yönləndirmək və həllinə nəzarət emək Diler/distributor şəbəkəsi üzrə saxtakarlıq hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq Aylıq satış müqavilələrinin distributor tərəfindən dövriyyəsinə və arxivə çatdırılmasına nəzarət etmək Satış məntəqələrinin açılıb-bağlanmasından asılı olaraq məlumat bazasını vaxtında yeniləmək Diler/distributor şəbəkəsinin iş prosesinin optimallaşdırılması üçün mütəmadi olaraq sistem təminatını təkmilləşdirmək Yeni satış nöqtələrinin sistemə daxil olunmasına nəzarət etmək CRM rolların (təsdiq əsasında) sistemə daxil edilməsi və ləğv olunmasına, dilerlərin müraciəti əsasında CRM şifrələrinin dəyişdirilməsinə nəzarət etmək Qrupun işinin yüksək səviyyədə təşkil edilməsinə mane olan proqram ləngimələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görmək Həvalə olunmuş layihələri idarə etmək Həftəlik/aylıq/illik hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
Ali Təhsil Müştərilərlə Əlaqələr üzrə ən azı 4 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur) NGBSS CRM və hesabat sistemləri, təlim və layihələrin idarə olunması üzrə təcrübə Komanda idarə olunması üzrə təcrübə
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Müştəriyönümlü Komanda işi və əməkdaşlıq Nəticəyönümlü İdarəetmə qabiliyyəti Analitika qabiliyyəti Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur) MS Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün:CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.Mövzu hissəsində “Diler kanallarına dəstək və inkişafı üzrə menecer​​​​​” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Azerfon NAR

Əlaqə İnformasiya:
hr@azerfon.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp