Brend və reklam işi üzrə mütəxəssis

Vakansiya haqqında:
İdarə : B2C Kommersiya. İş qrafiki: Standart. İş müddəti: Müvəqqəti. İş yeri: Port Baku Cənub Qülləsi
Sizin əsas vəzifə öhdəlikləriniz:
Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
: Ali təhsil Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı Vendorlarla işləmə bacarığı Təşkilatçılıq bacarığı Vaxtın düzgün idarə olunması bacarığı Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti Təzyiq altında işləmə bacarığı Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.Mövzu hissəsində Brend və reklam işi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Azerfon NAR

Əlaqə İnformasiya:
hr@azerfon.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp