Metal konstruksiya üzrə mühəndis-konstruktor


Əmək haqqı:
Danışıq əsasında
İşin təsviri:
Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq; Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək; Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək; Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.
Tələblər:
Təhsil: Ali texniki; İş təcrübəsi: Müvafiq vəzifələrdə 1-3 il; Kompüter bilikləri: Microsoft Office, AutoCAD, Corel Draw proqramlarında işləmək bacarığı; Dil bilikləri: Azərbaycan, Rus. Əlavə şərtlər: –>
Əmək haqqı:
Müsahibə əsasında təyin olunur. Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Metak

Əlaqə İnformasiya:
+994 (12) 447 99 58 əlavə 2105, hr@metak.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp