CNC operatoru (Mexaniki emal sexi)


Əmək haqqı:
600 – 750 AZN
İşin təsviri:
Rəqəmli Proqram İdarəetmə (CNC) torna dəzgahlarını işə buraxmaq və istismar etmək; CNC-Torna dəzgahının sazlanması, verilmiş cizgilərə (tapşırığa) uyğun olaraq proqramların və texniki parametrlərin yazılması; Proqrama uyğun olaraq dəzgahın kəsici alətlərinin (kəsicilərin, burğuların, bıçaqların) və digər işləyən elementlərinin seçilməsi, alət bloklarına quraşdırılması, bütün bölmələrin və mexanizmlərin tənzimlənməsi; Pəstahların dəzgaha yerləşdirilməsi üçün tutucu patronun pəstaha uyğun sazlanması; Vaxtaşırı və mütəmadi olaraq kəsici alətlərə nəzarət, onların dəyişdirilməsi, lazımi qaydada və ölçüdə itilənməsi, emal olunan detalların ölçülərinin cizgilərə uyğunluğunun yoxlanılmasını həyata keçirmək; Nəzarət və ölçü əməliyyatları, işlənmiş detalların ölçüsünün texniki göstəricilərə uyğunluğunun ölçülməsi və nəzarəti; Siqnal lampaları və rəqəmsal ekranlar vasitəsilə dəzgahın düzgün işləməsinə nəzarət, kəsici alətin vaxtaşırı yoxlanılması; Təlimatlara və standartlara uyğun olaraq CNC-torna dəzgahlarını təmizləmək və onlara texniki xidmət göstərmək; CNC-torna dəzgahlarında baş verən qəzaları aradan qaldırmaq və sex rəisinə məlumat vermək.
Tələblər:
Təhsil: Ali və ya orta texniki; Yaş həddi: 22 35 yaş; İstifadə edilən əlvan metalların xarakterik xüsusiyyətlərini bilməli; Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını bilməli; Ölçmə işləri üçün bəsit riyazi biliklər; Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun işin təşkili; İş yerinin hazırlanması və təmizlənməsi.
İş şəraiti:
: İş qrafiki: 6 günlük iş həftəsi; İstirahət: bazar günü; Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur.

Metak

Əlaqə İnformasiya:
hr@metak.az, +994 (12) 447 99 58 əlavə 2105

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp