Təlim,Motivasiya və İnkişaf üzrə menecer

İşin təsviri:
Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili və idarə edilməsi; Şirkət üçün illik təlim planının hazırlanması; Təlim planına əsasən illik təlim büdcəsi hazırlanması və idarə edilməsi; Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi; Təlimçilərin və təlim proqramlarının effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələr verməsi; İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması; Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi; Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək; Plana uyğun olaraq, bütün törəmə şirkətlərdə təlimləri təşkil etmək; Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək; Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq. Təlimin effektivliyinin qiymətləndirilməsi üçün metodların hazırlanması üzrə təkliflərin verilməsi və həyata keçirilməsi. Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi.
Tələblər:
İş şəraiti: İş saatı: 09-00-dan 18-00-dək; İstirahət: Şənbə və bazar günü.
Tələblər:
: Ali təhsil; İş təcrübəsi:Müvafiq sahədə ən az 3 il iş təcrübəsi; Dil bilikləri: (Azərbaycan, ingilis, rus – əla səviyyədə) Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı; Komanda işinin təşkili. Əmək haqqı Razılaşma yolu ilə
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərin

Mətanət A

Əlaqə İnformasiya:
hr@matanata.com, +994502284809, +994502086695, CV FORMA http://matanata.com/az/cv

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp