Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis

İşin təsviri:
İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq; Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək, Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi; Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək; İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək; Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması; İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək; Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
Tələblər:
Yaş həddi: 28-40 Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə; Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması); İSO 14001:2015 – Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması); KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak; Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır; Microsoft Office proqramlarını əla səviyyədə bilməli; Şəxsi keyfiyyətləri: Liderlik; İşə planlı yanaşma; Fikrini izah etmək qabliyyəti; Ünsiyyət yaratmaq bacarığı; Analitik düşünmə qabiliyyəti; Fəallıq. Əlavə şərtlər: Ezamiyyət imkanları; Əlavə tələblər: Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur. Əmək haqqı Razılaşma yolu ilə
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər; Maraqlananlar saytda onlayn-anketi dolduraraq e-mail ünvanına göndərə bilərlər

Mətanət A

Əlaqə İnformasiya:
hr@matanata.com, +994502284809, +994502086695, CV FORMA http://matanata.com/az/cv

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp