Baş energetik

İşin təsviri:
Məhsulun istehsal planı çərçivəsində istehsal edilməsinə nəzarət edir; İstehsalın təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımı işləri görür; Sexlərdə texnoloji intizamın yerinə yetirilməsinə, texnoloji avadanlığın düzgün istismarına nəzarət edir. Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi; Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti; Elektrik dövriyyəsinin hesablanması; Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri; Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi; Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması; Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti; Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi; Elektrik enerjisinin yüklənmə qrafikinə əsasən, istifadənin səmərəlilik və effektivliyinə nəzarət etmək; Enerji qurğu və avadanlıqlarının əsaslı təmirini həyata keçirmək; Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək; Texnika və avadınlıqların işini effektivləşdirəcək təkliflər verməli.
Tələblər:
Buraxılan məhsulların nomenklaturunu; İstehsal texnologiyasının əsaslarını; İstehsalat planlaşdırmasının hazırlanma qaydasını və məhsul buraxılışının təqvim qrafikini bilməlidir; Müvafiq sahə üzrə ali təhsilli olmalıdır. Analoji sahədə ən azı 5 il iş təcrübəsi; Elektrotexnikanın əsaslarını bilməlidir. Tələb olunan bilik, bacarıq və səriştələr: Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər; Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər; Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər; Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər; Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli; Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili yaxşı Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik. İş şəraiti: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş qrafiki-6 günlük, Həftə içi 5 gün saat 08:00-dan 17:00-a dək; Şənbə günü saat 08:00-dan 13:00-a dək; Servis xidməti mövcuddur; Nahar şirkətdə verilir. İş yeri: Qaradağ rayonu, Ağdağ Gips zavodu. Şəxsi keyfiyyətləri: Fikrini izah etmək qabiliyətli; Ünsiyyət qurmaq bacarıqlı; Fəal olması; İşə planlı yanaşması. Əmək haqqı Razılaşma yolu ilə
Qeyd:
CV-lərinizi mövzu sətrində (subject) vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərməyiniz xahiş olunur. Əlaqə nömrəsi: 050-208-66-95

Mətanət A

Əlaqə İnformasiya:
hr@matanata.com, +994502284809, +994502086695, CV FORMA http://matanata.com/az/cv

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp