Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis, baş mütəxəssis

Ümumi məlumat
Kapital Bank namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi; Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi; Fəaliyyətlə bağlı hesabatların hazırlanması; Bazar riskləri sahəsində araşdırılma aparılması.
Tələblər
  İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil; Qiymətli kağızlar haqqında yüksək bilik; Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər. Üstünlük verilən bilik və bacarıqlar Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;  Əla səviyyədə praktiki Excel bacarıqları; Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır; İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır; Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.   Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində “Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis, baş mütəxəssis”  qeyd etməklə CV-nizi ünvanına göndərin.

Kapital Bank

Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp