Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis

Ümumi məlumat
Kapital Bank Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Öhdəliklər
Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili; Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması; Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi; Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi; Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
Ali təhsil; Məsuliyyətlilik; Operativlik; Qərar qəbuletmə bacarığı; Kollektivdə işləmə bacarığı; Müştərilərlə danışma qabiliyyəti; Microsoft Office proqramları üzrə biliklər.  

Kapital Bank

Əlagə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az, kapitalbank.az/career/

Yayım tarixi