Nəzarət Departamentinin Daxili Nəzarət şöbəsinin Mütəxəssis, Aparıcı və Baş mütəxəssisi

Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Daxili Nəzarət şöbəsinin Mütəxəssis,  Aparıcı və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
  Bankın Bakı şəhəri və bölgələrdə olan filial, şöbə və digər struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və azaldılması məqsədi ilə sahəvi, kompleks, tematik yoxlamaların aparılması; Yoxlama prosesində bank fəaliyyətinin qanunvericilik və tənzimləyici orqanların normativ xarakterli aktları və göstərişlərinə uyğunluğu, adekvat daxili nəzarət sistemlərinin mövcudluğu, aktivlərin qorunması və uçot məlumatlarının düzgünlüyü və s. istiqamətdə qiymətləndirilməsi və nəticələrinə dair təkliflərin verilməsi; Yoxlamaların nəticələrini dəstəkləyə biləcək məlumatların toplanılması, analiz və şərh edilməsi, sənədləşdirilməsi. Yoxlama hesabatlarının hazırlanması və təqdimatının həyata keçirilməsi; Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi; İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın tətbiq edilməsi;   Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  e-mail ünvanına mövzu hissəsində “ Nəzarət Departamentinin Daxili Nəzarət şöbəsinin Mütəxəssis,  Aparıcı və Baş mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.

Kapital Bank

Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp