Maliyyə menecmenti departamentinin Analitika şöbəsinin Aparıcı mütəxəssisi

Ümumi məlumat
Kapital Bank namizədləri Maliyyə menecmenti departamentinin Analitika şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Bankın Strateji hədəflərinə çatmaq üçün müxtəlif analitika hesabatlarının hazırlanması; Aktiv və Passivlərin İdarə olunması Komitəsinin iclaslarında rəhbərliyin qərar verməsi üçün müxtəlif sahələrdə analitik hesabatların mütəmadi olaraq hazırlanıb təqdim olunması; Bankın məhsulları və mövcud maliyyə hesabatlarının analiz olunaraq, rəy və təkliflərin verilməsi; Şöbənin vəzifə funksiyaları çərçivəsində yeni rəy və təkliflərin hazırlanması; Şöbə rəisi tərəfindən tələb olunan lazımi məlumatların və hesabatların tərtib edilməsi.
Tələblər
Ali iqtisadi təhsilin olması; Bank  işi sahəsində təcrübənin olması; MS Office proqramlarını (xüsusi ilə MS Excel)  bilmək və işində istifadəsini təmin edilməsi; Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta) səviyyədə biliklərə malik olması; SQL biliyi arzuolunandır; Bank işi üzrə zəruri biliklərə sahib olması; Yüksək səviyyədə məntiq və riyazi bilik; Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması; Vahid  komanda  tərkibində işləmək və birgə nəticələrin  əldə edilməsinə töhfə verilməsi.   CV-lərinizi, mövzu hissəsində “Analitika şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

Kapital Bank

Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp