Ümumi məlumat
Azərbaycanın birinci bankı Kapital Bank –ın layihəsinə qoşul, təqaüd əldə et, təhsilinə dəstək al və misilsiz bir təcrübə qazan. Ali məktəblərdə informasiya texnologiyaları istiqaməti üzrə təhsil alan 4-cü kurs və magistratura tələbələrini bu böyük fürsətdən yararlanmağa dəvət edirik. Nə əldə edəcəksiniz? Layihəyə seçilən iştirakçıları 20 tələbə Kapital Bank-da ödənişli əsaslarla təcrübə keçəcək, təhsil haqqı bank tərəfindən ödəniləcək və intensiv təlim imkanları qazanacaqlar. Bank sektorunun təcrübəli Kapital Bank heyətindən ilk peşəkar təcrübə fürsəti; Əməkdaşlıq etdiyimiz beynəlxalq şirkət olan IBM tərəfindən təşkil olunacaq təlimdə iştirak şansı; Təhsil haqqı qayğısından azad olmaq və yalnız peşəkar inkişafa fokuslanmaq; Hər ay bank tərəfindən təqaüd qazanmaq. Müraciət etmək üçün uyğunsunuzmu? Proqramlaşdırma sahəsi ilə maraqlanırsınızsa və dünya trendlərini izləyirsinizsə; Ünsiyyət qurmaq bacarığınız varsa və komanda iştirakçısınızsa; Qeyd olunan istiqamətlərlə ümumi məlumatlısınızsa: Java 8, Spring, Swift, SQL, PL/PgSQL, Javascript, CSS HTML, React, Angular, RESTful, SOAP. O ZAMAN İNDİ MÜRACİƏT EDİN! Son müraciət tarixi 15 Noyabr 2019 CV-nizi elektron ünvanına mövzu hissəsində “İT Tələbə Təqaüdü proqramı v2.0” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az