Ümumi məlumat
Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma Şöbəsində iOS Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Mobil tətbiqetmələrin hazırlanması və dəstəklənməsi; Verilən texniki tapşırıqların mobil tətbiqetmələrə adoptasiya edilməsi; Git və SVN ilə işləmə.
Tələblər
İT sahəsində ali təhsil; Sahə üzrə münimum 2 illik iş təcrübəsi; Səliqəli və oxunaqlı kod yazmaq bacarığı; Komanda tərkibində işləmə qabiliyyəti; Swift 3+ (Objective-C bilikləri arzu olunandır), MVC Design Pattern, Cocoapods, GoogleMapsAPI, PureLayout, PromiseKit, TRON, Alamofire, AlamofireImage, SwiftyJSON üzrə biliklər.
Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az