İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi

Ümumi məlumat
Kapital Bank namizədləri İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
PCİ DSS standartlarının tələblərinə uyğun olaraq 24 saat ərzində hadisələrin jurnallarının saxlanılması və hadisələrin reaksiyası üzrə tədbirləri həyata keçirilməsi; Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması; Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması; Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi; İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi; Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi; İT hadisəsi haqqında alınmış informasiya analizinin həyata keçirilməsi və onun təsnifatı; İT insidentlərinə və/və ya ödəniş kartlarının məlumatlarının komprometasiyasına aid olunması haqqında qərarın qəbul edilməsi və s.
Tələblər
Texniki sahədə ali təhsil; İT sahəsində 2 ildən artıq iş təcrübəsi; Əla ünsiyyətqurma bacarığı; Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi; Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı; Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı; Komandada işləmək bacarığı, topladığı təcrübəni bölüşmək bacarığı.   CV-lərinizi, mövzu hissəsində “İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi” qeyd etməklə  e-mail ünvanına göndərə bilərsiniz.

Kapital Bank

Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp