Ümumi məlumat
Kapital Bank namizədləri İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Bank əməkdaşlarının bonus hesablanmasının həyata keçirilməsi; Əməkdaşların fəaliyyət göstəricilərinin təhlili; Motivasiya sisteminin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; Bank əməkdaşlarına KPİ-ların təyin edilməsində iştirak.
Tələblər
Analitik düşünmə qabiliyyəti; Rəqəmlərlə iş bacarığı; Kompyuter biliyi: yaxşı səviyyədə MS Office bilikləri ( Excel xüsusi ilə); Statistikanın əsas anlayışları barədə məlumatlı olmaq; Bank sahəsində 1 il iş təcrübəsi ( yalnız aparıcı mütəxəssis üçün). CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.
Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az