İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis

Ümumi məlumat
Kapital Bank namizədləri İnformasiya təhlükəsizliyi  şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Ən yaxşı təcrübələrə (ISO, ISACA, SANS, NIST, və s.) və nəzarətedici təşkilatların (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, CERT, PCI DSS, VISA / Mastercard və s.) tələblərinə uyğun olaraq İnformasiya Təhlükəsizliyi və İT Risklərinin idarə edilməsi strukturunu hazırlamaq, tətbiq etmək və monitorinqini həyata keçirmək; İnformasiya təhlükəsizliyi üzrə siyasətlər, prosedurlar, qayda və əsasnamələr hazırlamaq və təkmilləşdirmək; Nəzarətedici təşkilatlarla əlaqə qurmaq (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, CERT, PCI DSS, VISA / Mastercard və s.); Üçüncü tərəf İdarəetmə proqramını, İnsidentlərin Cavablandırılması Planını və Biznes Davamlılığı Planını hazırlamaq və təkmilləşdirmək; Əməkdaşların İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimini müəyyənləşdirmək və tətbiq etmək. və s.
Tələblər
Ali Təhsil; İT sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan, Rus və İngilis dillərini üzrə dil bilikləri; İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin (CISA, CISM, CISSP, CompTIA Security+, ISO 27001, etc) mövcudluğuna üstünlük verilir.  İnformasiya təhlükəsizliyi sahəsində ən yaxşı təcrübələr (ISO, ISACA, SANS, NIST, və s.) İnformasiya Texnologiyaları idarə edilməsi və İT idarəetmə çərçivələri (COBIT, ITIL, və s.) İnformasiya Təhlükəsizliyi Risk təhlili çərçivələri (OCTAVE, CORAS, ISRAM, və s.) Maliyyə sektorunda nəzarətedici qurumların tələbləri (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, CERT, PCI DSS, VISA / Mastercard və s.) İT sahəsində dərin texniki biliklər (Windows, *nix Əməliyyat Sistemləri, virtualizasiya texnologiyaları, şəbəkə texnologiyaları, şəbəkə Firewall-ları, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint təhlükəsizliyi və s.)   CV-lərinizi, mövzu hissəsində “İnformasiya təhlükəsizliyi  şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə  e-mail ünvanına göndərə bilərsiniz.

Kapital Bank

Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp