Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi

Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir; Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır; Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə  göndərir; Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;  Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir; Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir; Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir; Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır; Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir; Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır; Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.
Tələblər
Sahə üzrə ən azı 1 illik iş təcrübəsi , bank təcrübəsi arzu olunandır; Texniki sahədə tam ali təhsil; Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı; OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər; C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər; MS SQL Serverin 2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında sorğuların yazılması bacarığı; Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı; Komanda tərkibində və fərdi işləmə bacarığı; Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta  səviyyədə Rus dili biliyi.   CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi” qeyd etməklə  e-mail ünvanına göndərə bilərsiniz.

Kapital Bank

Əlaqə İnformasiya:
hkc@kapitalbank.az, recruitment@kapitalbank.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp