İT layihələrin idarə edilməsi və proqramlaşdırma idarəsinin İT mütəxəssisi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İT layihələrin idarə edilməsi və proqramlaşdırma idarəsinin İT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır. Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.  
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:
Tam ali təhsil (texniki); Analoji sahədə minimum 2 il iş təcrübəsi; Məcburi tələblər: Microsoft Office, Microsoft Visio, Microsoft Project, BI Tools; SQL və ya digər proqramlaşdırma dili üzrə biliklər arzuolunandır; Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.  
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
Yeni layihələrin tətbiq olunması üçün tələblərin formalaşdırılması; Proqram təminatına olan tələblərin yığılması, analizi və sənədləşdirilməsində iştirak; Layihənin sifarişçi ilə razılaşdırılmış texniki tapşırığının hazırlanmasında iştirak; Yaradılmış sistemin testlərdən keçirilməsində iştirak; Sistemin istifadəçilərinə təlimlərin keçirilməsində iştirak.
Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

ARMB Nezaret Palatasi

Əlaqə İnformasiya:
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası. TƏŞKİLATIN FƏALIYYƏTI DAYANDIRILIB.

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp