XADİMƏ

İş haqqında məlumat:
– İşin başlanmasına ən azı on beş dəqiqə qalmış mağazada olmalıdır; – İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir; – Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir; – İstirahət (çay, yemək) vaxtı da daxil olmaqla iş yerini ancaq mağaza müdiri və müdir müavininin icazəsi ilə tərk edə bilər; – Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır; – Mağazanın gündəlik təmizliyini və səliqə – səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir; – Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır; – İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir; – Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir; – İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir.
Namizədə tələblər:
– Yaş həddi: 30-50; – Mağazanın təmizlik normalarını; – Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını; – Davranış etikasını; – Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını; – Qəza halları zamanı fəaliyyətlərini; – Daxili nizam – intizam qaydalarını bilməlidir. Qeyd edilən tələblərə uyğun olan namizədlərdən “CV”lərini mövzu yerində “Xadimə” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Əlaqədar şəxs: Nüşabə Abdullayeva

FAB Boya ve Kimya Senayesi

Əlaqə İnformasiya:
(055) 500-91-00, (012) 564-77-93, hr@fabboya.az, cv@omid.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp