SATIŞ MƏSLƏHƏTÇİSİ

İş haqqında məlumat:
– Şöbənin fasiləsiz satış işini təmin etməlidir; – Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır – Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir – Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır – Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir; – Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir; – Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır; – Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir; – İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Namizədə tələblər:
– Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi; – Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan); – Orta və ya ali təhsil; – Elementar riyazi hesablamaları; – Satış texnikası və prinsiplərini; – İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir. Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Əlaqədar şəxs: Nüşabə Abdullayeva

FAB Boya ve Kimya Senayesi

Əlaqə İnformasiya:
(055) 500-91-00, (012) 564-77-93, hr@fabboya.az, cv@omid.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp