KASSİR

İş haqqında məlumat:
– Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir; – Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir; – Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir; – Kassa zonasını təmiz və səliqəli saxlamalıdır; – Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət – kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir; – Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir; – Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir; – Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır; – Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir; – Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir; – İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.
Namizədə tələblər:
– Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi; – Orta və ya ali təhsil; – Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan); – Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını; – Satış texnikası və prinsiplərini, davranış etikasını; – Nəzarət – kassa aparatlarının istismarı qaydalarını; – Mağazanın təşkilati strukturunu; – Alıcılara keyfiyyətli xidmət standartlarını; – Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir. Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Kassir” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Əlaqədar şəxs: Nüşabə Abdullayeva

FAB Boya ve Kimya Senayesi

Əlaqə İnformasiya:
(055) 500-91-00, (012) 564-77-93, hr@fabboya.az, cv@omid.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp