FƏHLƏ

İş haqqında məlumat:
– Əl ilə və ya əl arabası ilə, transpalet kimi nəqliyyat vasitələrindən istifadə edərək firmalar tərəfindən gətirilən malları normaya uyğun şəkildə ehtiyyatla maşından boşaltmalıdır; – Mağazanın anbarına qəbul olunan məhsulların dəqiq, səliqəli, ehtiyyatlı şəkildə və vaxtında anbar rəflərinə yığılmasını həyata keçirməlidir; – Satış zalında ehtiyac olan malları anbardan çıxarıb şöbə üzrə satıcıya təhvil verməlidir; – Yeni gələn malların yüklənməsi üçün anbarda şərait yaratmalıdır; – Mağaza üzrə inventarizasiya və qalıqların çıxarılmasında iştirak etməlidir; – Ehtiyac olduqda şirkətin digər sahələrində də hər hansı yükləmə, boşaltma işlərində və kömək xarakterli digər işlərdə də iştirak etməlidir; – Anbar ərazisinin, eləcə də mağazanın səliqə və təmizliyinə riayət etməlidir.
Namizədə tələblər:
– Məhsulların qablaşdırılması formalarını; – Məhsulların saxlanmasının texniki şərtlərini və qaydalarını; – Əllə və mexaniki üsulla yüklərin yüklənmə, daşınma, boşaldılma və mühafizə edilmə şərtlərini; – Texniki vəsaitləri tanımalı və qablaşdırılması formasını bilməlidir; – Satışda və anbarda olan məhsulun assortimenti və miqdarı haqqında müəyyən məlumatı olmalıdır; – Davranış etiketi qaydalarını bilməlidir. Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Fəhlə” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Əlaqədar şəxs: Nüşabə Abdullayeva

FAB Boya ve Kimya Senayesi

Əlaqə İnformasiya:
(055) 500-91-00, (012) 564-77-93, hr@fabboya.az, cv@omid.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp