Sürücü (Yük maşını)

B və C kateqoriyalı sürücülük vəsiqəsi. Sürücü olaraq 3-5 il iş təcrübəsi. Komandada işləmək bacarığı.
Vəzifə təlimatı:
Avtomobilləri yükləmə zamanı yük altına vermək, yükləri yükləyib-boşaltmaq, yükü yerləşdirilib bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq. Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan əvvəl qəbul etmək , avtotəsərrüfata qayıtdıqdan sonra maşını təhvil vermək və ona ayrılmış yerə qoymaq. Yol sənədlərini rəsmiləşdirmək. Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmə. İş yeri Hökməli qəsəbəsi (Sumqayıt ş, Masazır, Sulutəpə,Güzdək,Mehdiabad,Pirəkəşkül, Ceyranbatan,Digah ərazisində yaşayanlara üstünlük verilir). Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini elektron poçtuna göndərməlidir. “Mövzü” qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir. CV göndər Elektron CV forması

Baku Electronics

Əlaqə İnformasiya:
hr@bakuelectronics.az, Çağrı mərkəzi:143

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp