Pərakəndə satış üzrə mütəxəssis

Vakansiya haqqında:
İdarə Satış ; Şöbə Pərakəndə Satış ; İş qrafiki Standart ; İş yeri Port Baku Cənub Qülləsi ;
Sizin əsas vəzifə öhdəlikləriniz:
Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq; "A" kateqoriyalı yeni subdiler şəbəkəsini yaratmaq və inkişaf etdirmək; Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək; Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək; Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək; Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək; Mobil satış kampaniyalarının genişləndirilməsi məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək; Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək; Yeni dilerlərdən bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək; Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq; Müvafiq bazar araşdırmaları aparmaq; Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək; Müvafiq hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil; Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Rəqabətyönümlü təhlil aparma qabiliyyəti; Detallara diqqət yetirmə qabiliyyəti; Qərar qəbul etmə bacarığı; Danışıqlar apara bilmək qabiliyyəti; Nəticə yönümlü; MS Office Proqramlarını bilmək; Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək; "B" kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik; Başlıqda Pərakəndə satış üzrə mütəxəssis qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.; Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bakcell

Əlaqə İnformasiya:
jobs@bakcell.com

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp