Əsas müştəri qrupları ilə iş üzrə menecer

Vakansiya haqqında:
İdarə Satış ; Şöbə B2B Satış və Məhsul Marketinqi ; İş qrafiki Standart ; İş müddəti Daimi ; İş yeri Port Baku Cənub Qülləsi ;
Sizin əsas vəzifə öhdəlikləriniz:
Bakcell şirkətinin korporativ seqmentdə bazar payının artırılmasını təmin etmək; Mövcud əsas müştəri qruplarını qoruyub saxlamaq və şirkətlərə əlavə xidmətlər təklif etməklə gəlirləri artırmaq; Şirkətin təqdim etdiyi məhsul və xidmətləri əsas müştəri qruplarına çatdırmaq və onların istifadəsini təmin etmək; Müvafiq hesabatlar hazırlamaq; Təyin olunmuş satış planına əsasən hədəfləri yerinə yetirmək; Əsas müştəri qruplarının sorğularını vaxtında cavablandırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil; Korporativ Satış və ya Müştəri Xidmətləri sahəsində 2-3 il iş təcrübəsi (Bank və ya Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Ünsiyyət qurma bacarığı; Danışıqlar apara bilmək qabiliyyəti; Komanda işi və əməkdaşlıq; MS Office Proqramlarını bilmək; Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək; "B" kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik; Başlıqda Əsas Müştəri Qrupları ilə iş üzrə Menecer qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.; Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bakcell

Əlaqə İnformasiya:
jobs@bakcell.com

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp