Şöbə rəisi – Korporativ Bankçılıq Departamenti / Korporativ satış şöbəsi (Baş ofis)

Vəzifə öhdəlikləri
Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək; Müştəri məmnunluğunun təmini məqsədilə müştəri bazası ilə çevik kommunikasiya alətlərini qurmaq, sorğu və müraciətlərin qəbulu üzrə əsas təmas nöqtəsi olmaq; Müştəri müraciətləri üzrə maliyyə məsləhətçisi rolunu daşımaq, sorğuların operativ icrası məqsədilə Bankın aidiyyatı strukturları ilə daimi əlaqə olmaq; Tabeçilində olan müştəri menecləri üçün hədəf planlarını tərtib etmək, menecerlərin fəaliyyətinə və planın icrasına nəzarət etmək; Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və xidmət üzrə təklif paketlərinı hazırlamaq; Bankın müştəri bazasının dinamikasını izləmək, rəqib bankların üstün və fərqli cəhətlərini öyrənmək, SWOT təhlil aparmaq və müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək; Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək; Yeni bank məhsul və xidmətlərinin yaradılması üzrə təkliflər vermək, tətbiq layihələrin hazırlanmasında iştirak etmək; Cəlb edilmiş müştərilərin hesab dövriyyələrin artırılması məqsədilə Bankda aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;  
Namizədə dair tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Bankçılıq) Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır Bankda Korporativ bankçılıq və satış üzrə minimum 3 illik iş təcrübəsi İdarəçilik qabiliyyəti Komanda tərkibində işləmək bacarığı Analitik təhlil etmə qabiliyyəti; Gərgin əmək şəraitində işləmək qabiliyyəti; İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı; Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq Kompüter proqramlarında işləmək qabiliyyəti (Bank əməliyyat sistemləri, MS Office)

Azer Turk Bank

Əlaqə İnformasiya:
cv@azerturkbank.az, +994557770945 , cv@atb.az, atb.az/karyera-merkezi/

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp